Azərbaycanda SEPAH-a qarşı əməliyyat

“Jerusalem Post” nəşri yazıb ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən martın 6-da açıqlanan SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) terror şəbəkəsinin zərərsizləşdirilməsi əməliyyatında İsrail tərəfi də iştirak edib.

Nəşrin məlumatına görə, İsrail Müdafiə Qüvvələri (IDF), Mossad və Şin Bet bu gün birgə bəyanat yayaraq, Azərbaycan da daxil olmaqla bir neçə ölkədə İranın genişmiqyaslı terror şəbəkəsini çökdürdüklərini açıqlayıblar.

DTX-nin açıqlaması ilə İsrail qurumlarının bəyanatı arasında 6 həftə fərq olması diqqət çəkir. “Jerusalem Post” bu fərqin səbəbini dəqiq aydınlaşdıra bilməyib.

Nəşr qeyd edir ki, İsrailin təhlükəsizlik xidmətləri əvvəllər də İranın planlaşdırdığı terror aktlarında Azərbaycan kimi ölkələrə kömək edib. Lakin belə xarici əməliyyatlarda, bir qayda olaraq, İsrail Müdafiə Qüvvələrinin (IDF) adı çəkilmir.

SEPAH-ın Azərbaycandakı planları

İsrail müdafiə agentliklərinin birgə açıqlamasına görə, SEPAH qaçaq yolla Azərbaycana partlayıcı dronlar gətirib və potensial hədəflər haqqında kəşfiyyat məlumatları toplayıb. İddiaya görə, SEPAH-ın hədəfləri arasında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, İsrail səfirliyi, Bakıdakı sinaqoq və yəhudi icmasının rəhbərləri də olub.

Bu məlumatlar İsrailin İranın qlobal terror şəbəkəsini ifşa etdiyi geniş əməliyyatın bir hissəsi kimi qiymətləndirilir. Bəyanatda qeyd olunur ki, şəbəkənin bəzi yüksək rütbəli İran rəhbərləri (IRGC-nin 4000-ci bölməsi) son İsrail-ABŞ əməliyyatları zamanı məhv edilib.

Azərbaycan tərəfi hələlik İsrailin iştirakı barədə rəsmi şərh verməyib.

Azərbaycanda SEPAH-a qarşı əməliyyat

Leave A Reply