Netahyahu Macarıstan səfəri
Macarıstanın seçilmiş baş naziri Peter Magyar bəyan edib ki, Benjamin Netanyahu Macarıstana səfər etsə, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarı əsasında həbs olunmalıdır.
Keçirdiyi mətbuat konfransında Magyar deyib:
“Məhkəmənin qərarlarını icra etmək üçün qanuni öhdəliyimiz var və əminəm ki, o (Netanyahu) bunu bilir.
Əgər bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdürsə və həbs qərarı altında olan bir şəxs ərazimizə daxil olursa, həmin şəxs həbs olunmalıdır”.
Magyar əlavə edib ki, onun gələcək hökuməti (“Tisza” hökuməti) Viktor Orbanın rəhbərliyi dövründə başlayan ICC-dən çıxma prosesini dayandıracaq və Macarıstanı məhkəməyə üzv ölkə kimi saxlayacaq.
“Haaretz” qəzeti yazır ki, Netanyahu Macarıstanın yeni baş nazirinin onu 1956-cı il Sovet üsyanının (Macarıstan inqilabı) 70 illiyi münasibətilə Budapeştdə keçiriləcək mərasimə dəvət etdiyini bildirib. Bu il oktyabr ayında keçiriləcək tədbirə dəvəti Netanyahu qəbul edib. Dəvət iki lider arasında aprelin əvvəlində keçirilən “isti” telefon danışığı zamanı səsləndirilib.
Magyar isə bildirib ki, o, bir çox dünya liderini, o cümlədən Netanyahu da daxil olmaqla, bu əlamətdar tədbirə dəvət edib. Lakin eyni zamanda Netanyahu ilə söhbətində Macarıstanın ICC-yə üzvlüyünü saxlayacağını birbaşa xəbərdar edib.
Bu açıqlama Macarıstanda siyasi dəyişiklik fonunda diqqət çəkir. Viktor Orbanın dövründə Macarıstan İsrailə yaxın mövqe tutur və ICC-dən çıxma prosesini başlatmışdı. Peter Magyar isə bu siyasəti dəyişdirmək niyyətindədir.
Netahyahu Macarıstan səfəri