Daha bir Azərbaycan hərbiçisinin əsir düşdüyü deyilir.

 

 

 

 

 

Xəbəri yayan erməni mənbələri Ermənistanın Təhlükəsizlik Nazirliyinə istinad ediblər.

Bir neçə gün əvvəl Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində yolu azaraq itkin düşən 2003-cü il təvəllüdlü hərbçi Axundov Hüseyn Əhliman oğlu Ermənistanda saxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyi bu barədə hələlik heç bir açıqlama verməyib.

Son günlər Ermənistan Azərbaycan sərhədində gərginlik yaşanır. Tərəflər bir- birlərini ittiham edirlər.

Leave A Reply