Azadlıq Radiosunun əməkdaşı Alsu Kurmaşeva Rusiyada həbs edilib.
“Xarici agent kimi qeydiyyatdan keçməməkdə” ittiham olunan jurnalisti 5 ilə qədər həbs cəzası gözləyir.
Jurnalist ailə vəziyyətinə görə Rusiyaya gedib, ölkəyə girəndə jurnalist saxlanılıb.
Rusiyanın “Tatar-İnform” xəbər agentliyi bildirib ki, Kurmaşeva Rusiyanın hərbi fəaliyyəti ilə bağlı məlumat toplayarkən “xarici agent” kimi qeydiyyatdan keçə bilməyib.
Azadlıq Radiosu deyir ki, onun missiyası “azad mətbuatın təhdid edildiyi və dezinformasiyanın geniş yayıldığı ölkələrdə dəqiq, senzurasız xəbərlər və açıq müzakirələr təqdim etməklə demokratik dəyərləri təbliğ etmək”dir.
Rusiya hökuməti onun həbsi ilə bağlı hələlik şərh verməyib.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Kurmaşevanın həbsindən dərin narahat olduğunu bildirib