Neft

“Azeri Light” markalı neftin bir bareli 6,64 dollar və ya 5,85 faiz ucuzlaşaraq 106,81 dollara enib. Türkiyənin Ceyhan limanında isə bu neftin qiyməti 5,44 faiz düşərək 99,90 dollar olub.

“Brent” neftinin yanvar fyuçersləri hərracların sonunda 96,16 dollara düşüb, cümə axşamı səhər qiymət 94 dollardan da aşağı enib. Dünya bazarında ucuzlaşma İran müharibəsinin bitəcəyinə dair ümidlərlə əlaqələndirilir.

Azərbaycanın dövlət büdcəsi neftin bir barelinin 65 dollar qiyməti əsasında hesablanıb, 2027-ci il layihəsində də eyni rəqəm götürülüb. “Azeri Light” “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil edilir, SOCAR-ın müqavilədəki payı 35,3 faizdir.

Leave A Reply