Londonla strateji tərəfdaşlıq
Noyabrın 12-də Dublində Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Sənədə Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem imza atıblar. Əliyev İrlandiyada Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak edir.
Azadlıq Radiosunun yazdığına görə, bəyannamədə tərəflər ilk növbədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq niyyətini ifadə edirlər. Onlar ticarət və investisiya əlaqələrini genişləndirmək, davamlı və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək kimi ortaq hədəflərini də təsdiqləyirlər.
İki ölkə arasında bundan əvvəl 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında, 1998-ci il iyulun 21-də isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında birgə bəyannamələr imzalanıb. Böyük Britaniya Azərbaycanın neft-qaz sektorunun ən böyük xarici investorlarındandır: Britaniyanın BP şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlarının və Bakı-Tbilisi-Ceyhan kəmərinin operatorudur. Azərbaycan indiyədək bir çox başqa ölkə ilə də oxşar strateji sənədlər imzalayıb.


