Ronaldinyo meydana qayıdır
Braziliyalı futbol əfsanəsi Ronaldinyo 46 yaşında yenidən meydana qayıdır. O, noyabrın 15-də İtaliyanın “Ravenna” klubunun heyətində rəsmi oyuna çıxacaq.
Həmin gün “Ravenna” öz meydanında “Forli” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da “Bruno Benelli” stadionunda başlayacaq.
“Ravenna”nın prezidenti İqnatsio Çipriani Ronaldinyonun bu oyunda komandanın formasını geyinəcəyini açıqlayıb.


