Palma yağı idxalı artır
Bu ilin ilk səkkiz ayında Azərbaycana 33 min 555 ton palma yağı idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 609 ton, yəni 25 faiz çoxdur.
2025-ci ilin yanvar-avqust aylarında ölkəyə 26 min 946 ton bu yağdan gətirilmişdi.
Gətirilən yağın 62 faizi İndoneziyanın, 30 faizi isə İspaniyanın payına düşüb.


