Vergi, rəqəmsal xidmətlər
Dövlət Vergi Xidməti bildirir ki, elektron portal vasitəsilə indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət şirkəti əlavə dəyər vergisi üçün uçota alınıb. Onların arasında Apple, Netflix, OpenAI və TikTok var. 2025-ci ildə 7 şirkət qeydiyyatdan keçib, həmin il qeyri-rezidentlər üzrə 15,5 milyon manat ƏDV hesablanıb.
Xidmətin sözlərinə görə, 2025-ci ildə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada daha 250,5 min manat vergi hesablanıb. Monitorinq nəticəsində onlarla yeni vergi ödəyicisi də uçota alınıb.


