Komor, yoxsa Qəmər?
Məlumatınız olsun, qəttəzə Yeni Kaledoniyamız var: Komor adaları
Qvadalupe serialı qurtardı, Afrika serialı başlayır.
Bununla bağlı Bakıda konfrans keçirilib.
Konfransda bildirilib ki, Fransa öz müstəmləkərində xalqların fikirlərini nəzərə almır.
Tədbirdə Komor adalarından olan Mayot adasındakı seçkilərdə saxtakarlıq və korrupsiya haqqında danışılıb:
“Qəmər xalqı Mayotda azad seçkilər tələb edir”.
Deyirlər ki, adaların adı Komor deyil, Qəmərdir. Özləri də qədim türk mənşəli xalqdır. İddialara görə, məşhur “Qəmərim” mahnısı Komor adalarının azadlığı üçün yazılıb.