“Uşaq düz 1.5 saat betonun üstündə qanının içində qaldı, 7 dəfə zəng etdim, dedi, gələcək”

Masazır qəsəbəsində təcili tibbi yardım balkondan yıxılan uşaq üçün edilən çağırışa gəlməyib.

Bu barədə sosial şəbəkə istifadəçisi Nərmin Hüseynzadə yazıb. O qeyd edib ki, təcili yardımı saatlarla gözlədikdən sonra uşağı xəstəxanaya aparıblar.

                                  Foto: Hamam Times

“Dünən gecə qonşumun uşağı balkondan yıxıldı. Guppultuya qaçdım ki, uşaq yerdə qalıb, ana şokda özünü çırpır. İlk iş təcili yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi. Düz 1.5 saat uşaq betonun üstündə qanının içində qaldı. 7 dəfə zəng etdim, dedi, gələcək. Gəlmədi. Uşağın sınıq-sınıq olmuş qol-qıçını bir yerə toplayıb həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən 3 saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, gələk, ehtiyac var? Dedim gəl, yata bilmirəm, gəl çay içək”.

Leave A Reply