Azərbaycan ABŞ-ın yardım təklifini qəbul edəcək?
ABŞ araşdırmalara qoşulmaq istəyir!
ABŞ prezidenti Bayden Azərbaycana AZAL-ın təyyarə qəzasının araşdırılmasında yardım təklif edib.
Bu haqda məlumatı Turan Agentliyi paylaşıb. Deyilir ki, prezident Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətlə və “baş verənlər barədə məlumatlandırılır”.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə deyib ki, Azərbaycan hökumətinə aydın şəkildə bildirib ki, istintaqda yardıma ehtiyacı olduqda onlara kömək etməyə hazırıq.