Belarus prezidenti Aleksandr Lukashenko avqustun 17-də vertolyotla işçiləri ötən həftə seçki saxtakarlığına qarşı etirazlara qoşulan Minsk Traktor Zavodunda olub.

Lukaşenko zavoddakı etirazlara münasibət bildirərək deyib ki, “kim işləmək istəyirsə, işləsin. Onlar işləmək istəmirlər, yaxşı, nə edə bilərik, biz onları məcbur edə bilmərik”.

O, ölkədə yeni seçkilərin olmayacağını da söyləyib: “Ədalətsiz seçkilərdən danışırsınız və ədalətli keçirmək istəyirsiniz? Bu suala cavab verirəm. Seçkiləri keçirdik. Məni öldürməyinizə qədər başqa seçkilər olmayacaq”

 

 

Belarus: Gənc qız vətəndaşlara zorakılıq etməyən hərbçini öpür

 

Etiraz aksiyası keçirən zavod işçilərinin xeyli hissəsi Lukashenko ilə görüşə buraxılmayıb. Onun çıxışı zamanı etirazçılar dəfələrlə “Get!” şüarını səsləndiriblər.

Belarus prezidenti hər dəfə də etirazçılara “Şox sağ olun” cavabını verib. O, çıxışını bitirib gedəndə “İndi yenə də qışqıra bilərsiniz” deyib və tribunanı tərk edib. Etirazçılar ucadan “Get, Get!” deyə qışqırmaqda davam ediblər.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib, Mərkəzi Seçki Komissiyası Lukashenkonu qalib elan edib. Bundan sonra seçki saxtakarlığına etiraz olaraq ölkədə kütləvi etirazlar başlayıb. Aksiyanın ilk üç günü hüuqu-mühafizə orqanları etirazçılara qarşı zor tətbiq edib, yüzlərlə adam saxlanılıb, qarşıdurmalarda bir nəfər həlak olub.

 

Mənbə: Azadlıq Radiosu

Leave A Reply