Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov 70 illik yubileyi münasibətilə Erdoğana “Türkmənistanın fəxri ağsaqqalı” adını verib.

Bu barədə onun Erdoğana ünvanladığı təbrik məktubunda deyilir:

“Türkmən xalqına qədim mehriban qonşuluq və yaşlı nəslə hörmət ənənələrinə sadiq qalaraq, Türkmənistan-Türkiyə münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi, xalqlarımızın birliyinə yönəlmiş xidmətlərinizi yüksək qiymətləndirərək, həmçinin 70 illik yubileyi münasibətilə sizə “Hormatly il a ulusy” (“Türkmənistanın fəxri ağsaqqalı”) fəxri adının verilməsi qərara alınıb”.

Leave A Reply