“Vaşinqton və Moskvadan edilən hücumlar tribunalın mövcudluğunu təhlükə altına atır.”
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane məhkəməyə qarşı edilən hücumlardan danışıb.
Bazar ertəsi Haaqada keçirilən illik konfransda çıxış edən Akane deyib ki, təhdidlər və sanksiyalar məhkəməni təhlükəyə atır.
Məhkəmə Qəzza və Ukraynadakı müharibələrə görə İsrail və Rusiya rəsmilərinin həbsinə order verdikdən sonra iki ölkənin qınaqları ilə üzləşib.
BCM prezidenti ABŞ və Rusiyanın adını çəkmədən “məcburi tədbirlər, təhdidlər, təzyiqlər və təxribat aktları” ilə üzləşdiklərini deyib:
“Məhkəmə Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən sanki terror təşkilatı kimi sərt iqtisadi sanksiyalarla hədələnir”, deyə Akane çıxışında bildirib.