BMT baş katibinin sözçüsü Stefan Düjarrik Türkiyənin Anadolu Xəbər Agentliyinə verdiyi müsahibəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun baş katib Antonio Quterreşə Türkiyənin xarici dildəki adının “Türkiyə” olaraq dəyişdirilməsini xahiş edən məktub göndərdiyini bildirib.

Düjarrik bildirib ki, ölkənin adındakı dəyişiklik olunması məktubun alındığı andan qüvvəyə minir.

Nazir Çavuşoğlu Twitter hesabında: “Ölkəmizin marka dəyərini artırmaq üçün prezidentimiz cənab Erdoğanın rəhbərliyi ilə başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla biz ölkəmizin adını qeydiyyatdan keçiririk. BMT ölkənin digər dillərdəki adını “Türkiyə” olaraq dəyişdirir” deyə paylaşıb.

 

Leave A Reply