Bolqarıstanda seçki
Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda “exit-poll” nəticələrinə əsasən, ölkənin müvəqqəti prezidenti İliyana Yotova liderlik edir. Rusiya ilə dialoqun bərpasını dəstəkləyən və Ukraynaya hərbi yardıma qarşı çıxan Yotova vitse-prezidentliyə namizəd, jurnalist və hüquqşünas Kiril Vılçevlə birlikdə yarışır.
“Alpha Research” təşkilatının yaydığı nəticələrə görə, Yotova və Vılçev cütlüyü səslərin 52,5 faizini toplayıb. Digər şirkətlərin keçirdiyi sorğular da Yotovanın önə çıxdığını göstərir.
Onun rəqibi – qərbpərəst müxalifətin dəstəklədiyi, keçmiş müvəqqəti baş nazir və Mərkəzi Bankın keçmiş sədr müavini Andrey Qyurov isə vitse-prezidentliyə namizəd, Daxili İşlər Nazirliyinin keçmiş müvəqqəti baş katibi Georgi Kandevlə birgə həmin sorğuya görə 43,4 faiz səs qazanıb.
Seçkilərin birinci turu sorğuların proqnozlarının əksinə olaraq faktiki heç-heçə ilə bitmişdi. Həmin turda seçici fəallığı da rekord dərəcədə aşağı olmuşdu.


