Dakar-2026

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan komandası ilk qızıl medalını qazanıb.

Milli Olimpiya Komitəsinin məlumatına görə, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu İbrahim Talıbov final qarşılaşmasında Xorvatiya təmsilçisi Zvorc Jonaya qalib gəlib.

Yarışa dörddəbir final mərhələsindən başlayan idmançı finala qədər Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı idmançısı Muratz Hebahı məğlub edib.

Noyabrın 13-dək davam edəcək “Dakar-2026” yarışlarında Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə çıxış edir. Komanda cüdo ilə yanaşı, çimərlik güləşi, qılıncoynatma, boks, taekvondo, üzgüçülük, velosiped idmanı və yüngül atletika növlərində təmsil olunur.

Leave A Reply