Bu gün, 9 May SSRİ və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsinin 75 illiyi qeyd olunur. Belə ki, 75 il öncə Almaniyanın hərbi rəhbərliyi təslim olmaq haqqında saziş imzalayıb. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub.

1939-cu ildə Hitler Almaniyasının Polşanı işğal etməsi ilə başlayan İkinci Dünya müharibəsi 945-ci il mayın 8-də başa çatıb.

1941-1945-ci illər ərzində 650 mindən çox azərbaycanlı cəbhəyə gedib, onlardan təqribən 420 mini geri qayıtmayıb. Azərbaycanlılar müharibə dövründə həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərib.

Azərbaycanlı neftçilərin fədakarlığı və əməyi sayəsində Azərbaycanda 1941-ci ildə neft hasilatı üzrə rekord göstərici əldə edilərək 23,5 milyon ton “qara qızıl” çıxarılıb.

Sovet ordusunun qələbə çalmasında Bakı neftinin mühüm rolu olub. Belə ki, tarixçilərin sözlərinə görə həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib. Beləliklə, Azərbaycan Sovet ordsunun benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.

İkinci Dünya müharibəsi zamanı Azərbaycan SSR-dən iştirak edən şəxslərdən 123-ü Sovet İttifaqı Qəhrəmanı adını alıb.

Mayın 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.

 

Leave A Reply