Rusiya-Ukrayna müharibəsi

Ukraynanın enerji şirkəti DTEK bildirir ki, Ukrenerqonun göstərişi ilə Kiyev və Kiyev vilayətində təcili elektrik kəsintiləri tətbiq olunub, qrafiklər qüvvədə deyil. Yerli media elektrik nəqliyyatının və metronun dayandığını yazır.

Şirkət səbəbi göstərmir. Rusiyanın zərbələri Ukraynanın elektrik stansiyalarını və şəbəkələrini aylardır zəiflədir, bu səbəbdən təcili kəsintilər tez-tez tətbiq olunur.

“The Wall Street Journal” bu gün yazıb ki, ABŞ tərəfləri qışdan əvvəl enerji obyektlərinə zərbələri dayandırmağa razı salmağa çalışır.

Leave A Reply