Hüquq-mühafizə orqanları Koreya Respublikasının prezidenti Yun Sok Yolu həbs edib.
Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb.
“Yerli vaxtla saat 10:33-də (Bakı vaxtı ilə 05:33) prezident Yun Sok Yolun həbsinə dair order icra edilib”, – İdarədən bildirilib.

Xatırladaq ki, dekabrın 3-də Yun Sok Yol Cənubi Koreyada hərbi vəziyyət elan edib. Bir neçə saat sonra isə parlament tətbiq olunan rejimin ləğvinə səs verib.
Dekabrın 14-də Koreya Respublikasının parlamenti prezident Yun Sok Yola impiçment elan edib, nəticədə onun səlahiyyətləri dayandırılıb.