Hadisə Saatlı rayonunda baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Pərvanə vəfat edib.

İlkin olaraq onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilir.

Qeyd edək ki, son vaxtlar ölkədə qızdırma, öskürək və boğaz ağrısı ilə müşahidə olunan virus yayılıb.

Ötən günlərdə Ağcabədinin Ağabəyli kənd sakini 10 yaşlı məktəbli qız qızdırmadan dünyasını dəyişib.

Daha bir iddiaya əsasən, Bakı kəndlərində toylarda müğənni və aparıcı kimi fəaliyyət göstərən 60 yaşlı Rəsmiyyə Bakılı da yeni yayılan virusdan ölüb.

Leave A Reply