Azərbaycan Müdafiə Nazirliyi əsgərin azaraq qarşı tərəfə keçdiyini deyir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də Azərbaycan hərbçisinin saxlanıldığını təsdiqləyib.
MTX-dan bildirilib ki, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan hərbçiləri Sünik vilayətinin Teğ kəndi istiqamətində təmas xəttini keçiblər.
Hərbçilərdən biri Ermənistan əsgərləri tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı cinayət işinin başlandığı da açıqlanıb.