Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyəyə yola düşüb. Belə ki, Kremlin sözçüsü Dmitriy Peskov Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu gün Türkiyəyə gələcəyini bildirib.

 “Hətta üz-üzə danışıqlara başlamaq qərarı da özlüyündə önəmlidir” – o deyib.

Türkiyə Rusiya ilə Ukrayna arasındakı böhrana ara vermədən son qoymaq üçün diplomatik səylərini davam etdirir. Müharibə davam edərkən, bu dəfə İstanbulda danışıqlar üçün sülh masası qurulacaq.

Ərdoğan indiyədək Ukrayna prezidenti Vladimir Zelenski ilə 5, Rusiya prezidenti Vladimir Putinlə isə 3 dəfə telefonla danışıb. Son olaraq martın 27-də Putinlə görüşən Ərdoğan qısa zamanda atəşkəs və sülhün bərqərar olması və regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq, Türkiyənin bu prosesdə hər cür töhfəsini verməyə davam edəcəyini bildirib.

 

Leave A Reply