“Rusiya ümid edir ki, Ermənistan Kiyevin seçdiyi yolu seçməyəcək”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Daha sonra o bunları əlavə edib:
“Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini özü seçir. Bizim üçün Ermənistan müttəfiqdir, qardaş ölkədir. Axtarışlarına hörmətlə yanaşırıq, lakin biz istəməzdik ki, bu axtarışlar vaxtilə Kiyev rejimi tərəfindən seçilmiş yol olsun”.
Bu açıqlama ABŞ-ın Ermənistanın təhlükəsizliyini dəstəkləmək üçün yaxın aylarda Ermənistanın Müdafiə Nazirliyinə müşavir göndərəcəyini açıqlayandan sonra olub.
Foto: Hamam Times