Dünən Milli Məclisin sədri Sahibə Qafarova ilə Dağıstan Xalq Məclisinin sədri Zaur İsgəndərov arasında görüş olub.
Bu barədə Zaur İsgəndərov “Teleqram” kanalında yazıb.
Dağıstan parlamenti sədrinin fikrincə, ölkələr arasında mədəni, tarixi və iqtisadi əlaqələrin inkişafı üçün əsas amilə çevriləcək Rusiya ilə Azərbaycan arasında quru sərhədinin açılması məsələsi mühüm müzakirə mövzusu olub.
Dağıstan nümayəndə heyəti əvvəlcə qonşu ölkədə qohumları yaşayan sərhədyanı rayonların sakinləri üçün transsərhəd avtobus xidmətinin yaradılmasını təklif edib.
Sizcə, quru sərhədlərini açmağın vaxtı deyil?