Dağıstanda sinaqoq və kilsələrə silahlı hücum olub
Atışmalarda 15 polis və 4 mülki vətəndaş həlak olub.
Silahlılar əvvəlcə Dərbənd şəhərində sinaqoq və kilsəni hədəf alıblar.
Daha sonra isə paytaxt Mahaçqalada bir kilsə, yol polisi postu və avtomobili hücuma məruz qalıb.
Ölənlər arasında bir keşişin də olduğu bildirilir.