Baş Prokurorluq separatçıların “dövlət müşaviri” olmuş David Babayanın saxlanılaraq Bakıya gətirildiyini, DTX təcridxanasına salındığını və barəsində 20-dən çox maddə ilə cinayət işinin açıldığını bildirib.
Sentyabrın 28-də Davit Babayan özünün Facebook səhifəsində Azərbaycanın qara siyahısına salındığını və Azərbaycan tərəfinin onun müvafiq araşdırma üçün Bakıya gəlməsini tələb etdiyini yazmışdı:
“Mən bu gün Stepanakertdən Şuşaya getmək qərarına gəldim”
Babayan, 2013-2023-cü illərdə separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləyib.