Yenə tender, yenə deputat.
Bu dəfə söhbət deputat Kamaləddin Qafarovun şirkəti “AzəriMed”dən gedir.
Şirkət təkcə 2024-cü ildə toplam 67 milyon manatlıq tender udub. Əsasən Səhiyyə Nazirliyinin balansında olan müəssisə və mərkəzlərin keçirdiyi tenderlərin qalibi olan şirkətin elə ən böyük qazancı da buradan olub.
Kamaləddin Qafarovun biznesi “Azəri Med” QSC ilə məhdudlaşmır. “AzeriMed Tibbi Market”, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospaital” və “Shafran” şirkətinin də deputata məxsus olduğu iddia edilir.

Azərbaycanda deputatlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağan olunsa da, əksər deputatlar şirkətlərini qohumlarının adına keçirir.
Kəmaləddin Qafarov da şirkətlərini Elman Qafarov və Hüsaməddin Qafarov kimi yaxın qohumlarının adına keçirib.