Azərbaycan-İran sərhədi
Dövlət Sərhəd Xidməti bildirir ki, “Horadiz” sərhəd dəstəsinin ərazisində baş verən hadisədə 16 kiloqram 128 qram narkotik vasitə götürülüb.
Xidmətin məlumatına görə, sərhəd naryadı iki nəfərin hərəkətini görüb, zastava ayağa qaldırılıb və ərazi bağlanıb. Saxlanılanların İran vətəndaşı olduğu deyilir. Narkotikin növü açıqlanmayıb.
DSX eyni gün başqa bir hadisəni də açıqlayıb: “Horadiz” və “Göytəpə” dəstələrinin ərazisində hava məkanına daxil olan pilotsuz uçuş aparatları zərərsizləşdirilib, onlardan ümumilikdə 22 kiloqram 900 qram narkotik götürülüb. Xidmətə görə, 15 kiloqram 400 qramı “Horadiz”, 7 kiloqram 500 qramı “Göytəpə” dəstəsinin ərazisindədir.
Foto: Dövlət Sərhəd Xidməti.


