Dubay şeyxləri Qırmızı Kitaba düşmüş quşları ovlayırlar.
EcoFront-un məlumatına görə, ovçuların gülləsinə ən çox tuş gələn Qırmızı Kitaba düşmüş bəzgək quşudur.

Ərəb Əmirliklərindən gəlmiş Rəşid bin Hathat əl-Marar, şeyx Zayed ibn Məhəmməd ibn Butti əl-Həmid kimi biznesmenlər özləriylə gətirdikləri bir qrup turistlə birlikdə qadağan olunmuş quşları ovlayırlar.
EcoFrontun məlumatına görə, bunlardan biri 3 il, o biri 4 il qabaq Azərbaycana gəlib və yenə qanunsuz ov ediblər.
Bildirilir ki, onlar özləriylə Dubaydan gətirdikləri avtomobillərlə çobanların qış otlaqlarında şütüyərək video çəkib paylaşır və bəzgək quşlarının arxasıyca şahinlərini uçurdaraq ov edirlər.