Foto: Hamam Times
Azərbaycan yığması Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatının ilk gününü 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Turan Bayramov (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komandamıza 4-cü çempionluğu İbrahim Yusubov (92 kq) qazandırıb.
Qadınların mübarizəsində isə Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq) üçüncü yeri tutub.