Ərdoğan “qatil, zalım, darbeci” dediyi Misir prezidentini Türkiyədə qarşılayıb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilk dəfə Türkiyəyə rəsmi səfərə gəlib.



Səfər Ərdoğanın dəvətiylə baş tutub.

Ölkələr rasında münasibətlər 2013-cü ildə pozulmuşdu. Türkiyə seçkilərlə hakimiyyətə gəlmiş Müsəlman Qardaşlar hərəkatının lideri Məhəmməd Mursinin devrilməsində Sisini ittiham edirdi, onu “darbeci” adlandırırdı.

Məhəmməd Mursi 2012-ci ildə prezident kimi Türkiyəyə səfər etmişdi.

Tərəflər enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələləri ilə yanaşı, Qəzzadakı son vəziyyəti də müzakirə edirlər.

Leave A Reply