Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib.
Ərdoğan bunu Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu liderlər sammitində deyib.
Onun sözlərinə görə, bu, dövlətlər arasında humanitar əlaqələri gücləndirəcək:
“Dil bizim birliyimiz üçün çox vacibdir, ortaq əlifba çox vacibdir. Prezidentlərin dəstəyi də çox önəmlidir. Ali Təhsil Şuramız təşkilatın katibliyinə öz tövsiyələrini verib. Ümid edirik ki, bu, yüksək qiymətləndiriləcək”, – deyə Ərdoğan bildirib.
Foto: Hamam Times