Nikol Paşinyan Ermənistanın KTMT-dən getdiyini bəyan edib.
“Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib. Ermənistan özünü KTMT-dən kənarda hesab edir”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Rusiyanın liderlik etdiyi hərbi birlikdir.
Qeyd edək ki, Ermənistanla KTMT arasında münasibətlərin gərginləşməsinə Qarabağ müharibəsi vaxtı KTMT-nin Ermənistanın köməyinə gəlməməsi səbəb olub.