Ermənistanla Azərbaycan arasındakı sülh sazişi üzrə danışıqlar yekunlaşıb.

Bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlama verib:

“Mətn üzrə işlər tam yekunlaşıb. Növbəti mərhələdə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması vacibdir. Eyni zamanda, Minsk qrupu və onun qalıqlarının ləğvi həyata keçirilməlidir”.

Ermənistan XİN də mövzuyla bağlı açıqlama yayıb:

“Xarici siyasət idarəmiz diplomatik kanallar vasitəsilə Bakıya bildirib ki, Ermənistan sülh müqaviləsi layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul edir. Yerevan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır.”

Leave A Reply