Manamada görüş

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb. Bəhreynin paytaxtı Manamada baş tutan görüşdə Cənubi Qafqazda regional əlaqələr və Azərbaycanla Ermənistan arasındakı sülh prosesi müzakirə edilib.

Report.az xəbər verir ki, bu barədə Ararat Mirzoyan “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Mirzoyan qeyd edib ki, tərəflər regional bağlantı, TRIPP layihəsi və Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması barədə fikir mübadiləsi aparıblar. TRIPP Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək, ABŞ-nin vasitəçiliyi ilə razılaşdırılan marşrutdur.

Görüşdə həmçinin tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Leave A Reply