Eşref Rüya

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Ben Qvir Türkiyədə yayımlanan “Eşref Rüya” serialının qəhrəmanı “Kadir” obrazı haqda “sən heç vaxt “ata” olmayacaqsan” deyib.

Bir neçə gün öncə İsraildə terrorizm ittihamı ilə həbs olunanların edam olunacağı barədə qərar qəbul olunub. Qərarın fələstinli məhbuslarla bağlı qəbul edildiyi bildirilir.

Türkiyənin “Kanal D” kanalında yayımlanan “Eşref Rüya” serialında “Kadir” obrazını canlandıran aktyor Görkəm Sevindik bu qərarla bağlı sosial mediada etiraz edib.

Aktyor deyib ki, 12 min fələstinli məhbusun edamı təsdiqlənib, bunlardan 4 mini uşaqdır.

“İnsanlıq bu gün ayağa qalxmayacaqsa, nə vaxt qalxacaq? İnsan olduğumuzu bu gün göstərməyəcəyiksə, nə vaxt göstərəcəyik?”

Bundan sonra qanun layihəsinin təşəbbüskarı, İsrailli nazir Ben Qvir aktyora belə cavab verib:

“Kadir sən heç vaxt həyatda “ata” olmayacaqsan. Biz İsraildə yaşayırıq, sən isə ancaq Türk serialında oynayırsan”.

O, fələstinliləri nəzərdə tutaraq əlavə edib ki, “terrorislər üçün edam cəzası artıq təsdiqlənib”.

Görkəm Sevindik nazirin çıxışından sonra, “Mən hər yerdə zülmə qarşıyam. Dünyada vicdanı və əxlaqı olan hər bir insan müharibəyə qarşı olmalıdır”, – deyə açıqlama verib.

Leave A Reply