Azərbaycanla Fransa arasında diplomatik gərginlik davam edir.
Bir neçə gün əvvəl Fransa öz səfirini Azərbaycandan geri çağırmışdı.
Dünən isə hökümət mediası xəbər verib ki, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.
Lisey Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılmışdı.
Liseyin açılışında İlham Əliyev və Mehriban Əliyeva iştirak etmişdilər.