Fransa Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazırdır.

Bunu Yerevanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib:

“Fransa Ermənistanı yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək”.

                                            Foto: Hamam Times

Nazirin sözlərinə görə, Fransanın bu və digər silah təchizatı sırf müdafiə xarakterlidir.

O deyib ki, heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz.

Müqavilə çərçivəsində erməni hərbçilərinin Fransa universitetlərində hazırlanması planlaşdırılır.

Fransa həmçinin Ermənistanın hava hücumundan müdafiə qüvvələrini inkişaf etdirmək üçün müşavirlər göndərəcək.

Leave A Reply