Partlayışı Özbəkistan vətəndaşı törədib.
Ötən gün Moskvada general-leytenant İqor Kirillovun ölümü ilə nəticələnən partlayışla bağlı 29 yaşlı Özbəkistan vətəndaşı saxlanılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumat yayıb.
Sözügedən şəxs onu bu işə Ukrayna xüsusi xidmət orqanlarının cəlb etdiyini bildirib:
“Rusiya hərbçisinin qətlini törətdiyinə görə Özbəkistan vətəndaşına Ukrayna xüsusi xidmət orqanları tərəfindən 100 min dollar mükafat və Avropa İttifaqı ölkələrindən birinə yaşamaq imkanı vəd edilib”