Sizcə, Dövlət Gömrük Komitəsində istefalar olacaq?
Gömrükçülər 17 milyonluq qaçaqmalçılıqda ittiham olunur.
2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə 17 milyon manatlıq malın qaçaqmalçılıq yolu ilə Qırmızı-Körpü gömrük postundan keçirilməsi ilə bağlı məhkəmə başlayır.
Cinayət işiylə bağlı təqsirləndirilən vəzifəli şəxslər:
Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov,
Qırmızı-Körpü gömrük postunun rəisi Vasif Abıyev,
Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov,
Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədov,
Sabiq gömrük əməkdaşı Təvəkkül Bayramov,
Sabiq gömrük əməkdaşı Arif Rzayev.
Sizcə, bu qədər rüşvət, qaçalmalçılıq və başqa qanunsuzlaqlara baxmayaraq, Gömrük Komitəsinin sədri Şahin Bağırov niyə vəzifəsində qalıb?