Onnan ona, zonnan ona…
Yaxşı ki, kişi bu günləri görmədi…
Keçmiş Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova 5 ildən sonra daha yüngül rejimli həbsxanaya köçürülüb.
“Ozodlik“ nəşri yazır ki, Gülnarə 2019-cu ildən bəri Zəngiata rayonunda yerləşən 21 saylı qadın koloniyasında saxlanılırdı.
53 yaşlı Gülnarə 2016-cı ildə vəfat edən Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızıdır. O, Özbəkistanda dələduzluq və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə 13 il həbs cəzasına məhkum olunub.