Gürcüstanda siyasi gərginlik pik həddə çatır.

Gürcüstan parlamenti kütləvi etirazlara baxmayaraq, “xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Oxunuş ərzində Tiflis küçələrində polislə etirazçılar arasında qarşıdurmalar yaşanıb. Etirazçılar bu qanun layihəsini “Rus qanunu” adlandırırlar.

Parlamentdə keçirilən səsvermədə 84 deputat qanunun lehinə, 30 nəfər isə əleyhinə səs verib.

Qanuna görə, vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar “xarici agent” kimi qeydiyyata alınacaq və ya cərimə ödəməli olacaqlar.

 

Daha əvvəl prezident Salome Zurabişvili bu qanunu veto edəcəyini demişdi.

Sizcə, bu proses necə yekunlaşacaq?

Leave A Reply