Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb.

Bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə Aİ-nin genişləndirilməsinə həsr edilmiş konfrans zamanı deyib.

O bildirib ki, Aİ tərəfindən Gürcüstanın müdafiə sahəsinə dəstək üçün nəzərdə tutulan 30 milyon avro da təxirə salınıb:

“Biz Gürcüstan hökumətinə ayrılmalı olan vəsaiti bu ölkədə vətəndaş cəmiyyəti və mətbuatın inkişafına yönəldəcəyik. Bu barədə razılıq artıq əldə olunub”.

Russia Federal Təhlükəsizlik Xidməti isə bildirib ki, Vaşinqton Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək.

Leave A Reply