Gürcüstanda insanlar metal yığanları, yəni jartiləri ancaq bir halda çağırırlar, Sovet dövründən qalma soyuducular, sobalar və içində qiymətli metallar olan digər köhnə əşyalardan xilas olmaq istəyəndə. Halbuki çətin vəziyyətdə olan sənayeyə daha yaxından nəzər salanda gömək olur ki, Gürcüstanın vəziyyəti qalay, mis və latun yığınlarında necə öz əksini tapır.

Tiflisdəki “Samqori” metro stansiyasından bir qədər aralıda yerləşən köhnə keramika fabrikası indi xırdavat metalların toplanması, sökülməsi və emalı üçün istifadə olunur. Metal yığanlar iki əsas kateqoriyaya ayrılır -“qara metal” yığanlar daha aşağı dəyəri olan dəmir, qalay və polad toplayır, “əlvan metal” yığanlar isə mis, latun, alüminium və digər ferromaqnit olmayan metalları yığır.

Birinci kateqoriyadan olanlar adətən topladıqları xırdavatı Rustavidəki metallurgiya zavoduna satmaq üçün onlarla razılığa gəlirlər, “əlvan metal” toplayanlar isə Gürcüstanda nadir hallarda müştəri tapırlar.

Ölkədə əlvan metallarla işləmək üçün heç bir imkan yoxdur. Bütün müştərilər xaricilərdir.

Bu sektorda təxminən 20 ildir fəaliyyət göstərən Yura Beridze belə deyir.

O və qardaşı əhalidən metal toplayır, tərəzidə çəkir, çəkiyə görə ödəniş edir və daha sonra parçalayaraq yenidən emal üçün daha böyük bazalara aparır.

Bizim çox ləyaqətli bir peşəmiz var. Satmağa başqa heç bir şeyi olmayan kasıblara kömək edirik. Öz qazancımız hər kiloqram material üçün 0,20-0,30 laridir [Red: təxminən 0,16–0,17 AZN].

deyə Beridze digər bir müştərisini yola salarkən qeyd edir.

Beridze həftədə iki dəfə Forex birjasında qiymətləri yoxlayır. İndi misin hər kiloqramı 12 lari (6,57 AZN), latun üçün 8,5 lari (4,65 AZN) və ən çox yayılmış metal növü olan alüminiumun hər kiloqramı isə cəmi 2,5 laridir (1,37 AZN).

Biz adətən çox məşğul oluruq. İnsanlar qırıq əşyalarını yeni il üçün saxlayırlar, çünki düşünürlər ki, bunu indi satsalar bayramı hansı pulla qeyd edəcəklər?

deyə dəmir satıcısı Mamuka Nebulişvili əlavə edir.

O deyir ki, Sovetdən qalma əşyalar satılıb qurtardığından indi ümumiyyətlə müştəri azalıb.

Rezonun qardaşı Lura iş yerlərini idarə edir və müştəriləri qarşılayır. O təxminən 20 ildir ki, bu işlə məşğuldur
Köhnə kondisionerlərdə bazarda ən çox yayılmış metal olan alüminium var.
Ən bahalı olan misdir və ayrıca saxlanılır
“Ofis” mağazanın yerləşdiyi mərtəbədəki pərdənin arxasında divan və qalay soba olan kiçik otaqdır
Metal tərəzidə çəkilir, bundan sonra müştəriyə birjanın qiymətlərinə uyğun olaraq ödəniş edilir
“Əşyaları gətirənlər adətən kasıb təbəqənin insanlarıdır. Bizə tez -tez qab və kasalar gətirilir”.
“Əvvəllər daha çox olurdu. İnsanlar Sovetdən qalan əşyaları tükədiblər və maraqlıdır görəsən bunlar bitəndən sonra nə edəcəklər?” – Mamuka Nebulişvili deyir.
Qonşuluqda yaşayanlar evləri üçün lazımi əşyalar tapmaq üçün metal yığınlarına baxmağa gəlirlər

Əlvan metal satıcılarından fərqli olaraq, dəmir yığanların daimi müştərisi var – Rustavi Metallurgiya Zavodu.

Biz inhisarçılardan asılıyıq, buna görə də dəyişmək üçün çox yer yoxdur. Ümid edirəm ki, indi Türkiyədə başqa bir fabrik açılacaq

Mamuka qeyd edir.

Mamuka yığdığı qarışıq metalın hər tonu üçün təxminən 55 lari (30 AZN) qazanır. Metal yığanlardan təmizlənmiş metallar satın alan bazalardan birinin müdiri Amiran Memarne deyir:

Nə qədər  ailənin çörəyini burdan qazandığını təsəvvür edə bilməzsiniz. Amma bu çətin işdir. Müştərilərimiz metalları ucuz alırlar məsələn, Çin və Hindistan belə edir və biz aksiz vergilərindən çox itiririk. Qiymətlər London Birjası tərəfindən tənzimlənsə də, heç qazanc əldə etmədiyimiz və hətta bir neçə dəfə pul itirdiyimiz olub.

Amiranın fikrincə səbəblərdən biri qara bazardı. Burda heç yerdə izlənilməyən bir çox mağaza var.

Ümumiyyətlə, Gürcüstanda təkrar emal zavodumuz olsaydı, hər kəs üçün daha yaxşı olardı. Metal ölkədən xaricə sızdırılır.

Eyni ərazidə, ikinci əl tikinti materiallarının satışı ilə məşğul olan ayrı bir müəssisə var. Komanda əvvəlcə söküntü sahələrinə gedir və oradan divarın parçaları, pəncərə və metal parçalarını gətirir. Tikinti materialları bir-birindən ayrılır və bina tikərkən qənaət etmək istəyən müştərilərə satılır.

Komandanın rəhbəri Avtandil Tavadzenin dediyinə görə, ikinci əl olsa da sovet materialları daha keyfiyyətlidir.

Bunlar Gürcüstanda istehsal edilməyib. Artıq bu ərintiləri indi tapmaq olmur.

Materialların çoxu Qardabanidən olan azərbaycanlı müştərilərə satılır.

Bəzi mağazalarda yalnız bir nəfər işləyir. “Əgər ödəniş etmə imkanımız olsaydı, məmnuniyyətlə ən azı iki nəfəri işə götürərdik”
Mağazalar və bazalar keçmiş keramika fabrikasının ətrafında yerləşir
Avtandil Tavadzenin sözlərinə görə, ikinci əl sovet əşyaları ən keyfiyyətli materiallardır, lakin bunlar Gürcüstanda hazırlanmayıb. İndi bu cür ərintiləri tapmaq olmur
Sökülmüş binalardan çıxarılan ikinci əl tikinti materialları kateqoriyalara görə ayrılır
Əksəriyyəti Qardabanidəki tikintilər üçün satılacaq
Komanda dəmiri digər materiallardan ayıraraq yenidən forma verir
Mağazanın içində spirt olan qazanlar
Avtandil iş yerində özünü ailənin bir üzvü kimi hiss edir. “Həqiqətən də biz ailəyik. Buradakı insanların çoxu qohumdur”.
Xaricə göndərilməni asanlaşdırmaq üçün bazalarda metalları kəsirlər
Komanda nisbətən böyük parçaları köhnə yük maşını ilə gətirir.
“Ümumiyyətlə, burada Gürcüstanda təkrar emal mümkün olsaydı, hamı üçün daha yaxşı olardı. Beləliklə, gənclər üçün daha çox iş yeri olardı” deyə bazanın direktoru Amiran Memarne qeyd edir

 

Mənbə: OC Media

Mətnin və fotoların müəllifi: Tamuna Chkareuli

 

Tərcümə: Mikroskop Media 

Leave A Reply