Sentyabrın 20-də Rusiyanın Perm Dövlət Milli Tədqiqat Universitetinə silahlı hücum olub. Hadisəni universitetin tələbəsi, 18 yaşlı Timur Bekmansurovun törətdiyi ehtimal olunur.

Silahlı hücum nəticəsində 6 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Yaralılar hazırda xəstəxanadadır və hadisə yerində 25 həkim qrupunun çalışdığı açıqlanıb.

Daha öncə Rusiya Səhiyyə Nazirliyindən 8 nəfərin öldüyü bildirilsə də biraz əvvəl ümumilikdə 6 nəfərin həlak olduğu qeyd olunub.

İstintaq Komitəsi nə deyir: Rusiya İstintaq Komitəsi şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib və yaralanıb.

Hadisə necə törədilib və Timur Bekmansurov kimdir: Hücum edəm şəxsin 12×76 kalibrli ov tüfəngi “Huglu Atrox Tactic Pump Action”-dan istifadə etdiyi bildirilir.

Həmin universitetin tələbəsi olduğu iddia edilən Timur hücumdan əvvəl sosial şəbəkə hesabında bununla bağlı məlumat paylaşıb. O yazıb ki, bu hücumu uzun müddətdir planlaşdırır və silah almaq üçün 10-cu sinifdən bəri pul yığır. T.Bekmansurov hər hansı radikal təşkilatın üzvü olmadığını və hücumu özünün tək planlaşdırdığını deyib.

Reaksiya: Rusiya prezidenti Vladimir Putin, Perm Dövlət Universitetində atışma nəticəsində ölənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı verib.

 

Mənbə: Mikroskop Media

Leave A Reply