Erdoğan hökuməti Həmas liderlərini Türkiyədən qovub

Bu barədə Al-Monitor qəzeti məlumat yayıb.

İsraillə münasibətlərin normallaşmasında maraqlı olan rəsmi Ankara diplomatik dillə Həmas liderlərinə qapını göstərib.
Al-Monitorun xəbərində bildirilib ki, Həmas liderləri uzun müddətdir Qətər və Türkiyədə könüllü sürgündə yaşayıblar. İsrailə qarşı hücumun başladığı 7 oktyabrda Həmas lideri İsmayil Haniyə İstanbulda olub. Həmin gün Haniyə və təşkilatın digər rəhbərləri İstanbulda şükür namazı qılıblar.

Bu hadisədən sonra rəsmi Ankara Həmas liderlərindən xoşluqla Türkiyəni tərk etmələrini istəyib.

Bildirilib ki, Türkiyə İsrail-Fələstin münaqişəsində siyasi mediator rolu oynamaq istəyir, buna görə Həmasla arasına məsafə qoyub.

Leave A Reply