
Hərbi prokuror Xanlar Vəliyevə medal verilib.
O, İlham Əliyevin sərəncamıyla 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xanlar Vəliyevin adı ictimaiyyət içərisində ən çox “Tərtər işi” ilə hallanıb.
Tərtər hadisələrində işgəncə görənlər və ölənlərin ailələri dəfələrlə Xanlar Vəliyevə istefa tələbilə etiraz aksiyaları keçiriblər. Onlar işin düzgün araşdırılmadığını, səbəbkarların cəzalandırılmadıqlarını deyirlər.
Xanlar Əliyev 2021-ci ildə demişdi ki, Tərtər hadisələrində sadəcə bir nəfər ölüb və bu, istintaqdan (oxu: işgəncələrdən) əvvəl baş verib.
Hüquq müdafiəçiləri və hərbçilərin ailələri isə deyir ki, 2017-ci ildə istintaq zamanı 11 hərbçi öldürülüb, yüzlərlə hərbçi şiddətli işgəncəyə məruz qalıb.