Hafiz Hacıyev deputatlığa namizədlər barədə danışıb

O deyib ki, Elnur Allahverdiyev deputat olmaqdansa, gedib paltaryuyan maşınlarını satsın.



Hafiz Hacıyev “Kontakt home” şirkətinin sahibi kimi tanınan deputat Elnur Allahverdiyev barədə bunları deyib:

“Mən həmin siyahıda Elnur Allahverdiyevin də adını gördüm. İndiyə qədər belə bir deputatın varlığından xəbərsiz idim. Mən bu adamı “Kontakt Home”un yiyəsi kimi tanımışam. Bu adam deputat olmaqdansa, gedib paltaryuyan maşınlarını, televizorlarını satsın, daha yaxşı. Onun parlamentdə nə işi var?!”

YAP-ın seçki siyahısında adı olmayan millət vəkilləri barədə isə H.Hacıyev deyib ki, bu şəxslər etimadı doğrulda bilməyiblər.

Leave A Reply